İranlı nazirin hicabsız qadınla şəkilləri yayıldı

İranlı nazirin ölkədən kənarda hicabsız qadınla şəkilləri yayıldı.

Day.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə "MOUZE" "Telegram" kanalı məlumat yayıb.

İranın hazırkı Yol və Şəhərsalma naziri Rüstəm Qaseminin yayılan şəkilləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Rüstəm Qasemi bundan əvvəl Neft naziri, SEPAH generalı və onun xüsusi təyinatlı Qüds qanadının iqtisadi məsələlər üzrə sabiq müavini olub.