https://news.day.az/azerinews/1513752.html
Azərbaycan XİN İsrailə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən partlayışla bağlı başsağlığı verib. Day.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan XİN "Twitter"də paylaşım edib. "Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik.
Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən partlayışla bağlı başsağlığı verib.
Day.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan XİN "Twitter"də paylaşım edib.
"Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, İsrailin Qüds şəhərində avtobus dayanacaqları yaxınlığında törədilmiş partlayışlar nəticəsində ümumilikdə 18 nəfər yaralanıb, bir nəfər həlak olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре