https://news.day.az/azerinews/1537339.html
Ceyhun Bayramov Qahirəyə işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Qahirəyə işgüzar səfərə yola düşüb

12 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.
Day.Az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində bildirib.
Məlumata əsasən, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının "Qüds şəhəri və onun əhalisinə dəstək" mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре