Məscidül-Əqsaya hücum zamanı həbs edilən Türkiyə vətəndaşı barədə

İsrail polisinin fanatik yəhudi mühacirlərin Məscidül-Əqsaya hücumu zamanı həbs etdiyi 24 yaşlı Türkiyə vətəndaşı Özgecan Mutlu sərbəst buraxılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, o, Türkiyənin Qüds Baş Konsulluğunun cəhdləri nəticəsində bir həftə Əqsaya girişinin qadağan edilməsi şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, aprelin 4-də İsrail təhlükəsizlik qüvvələri Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinə basqın edib.