Türkiyədə qaz habı layihəsi gələn ildən reallaşdırıla bilər
Türkiyədə qaz habı layihəsi 2024-cü ildən reallaşdırıla bilər.
Day.Az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksandr Novak "Rossiya-24" telekanalına müsahibəsində deyib.
Layihə üzrə yol xəritəsinin yaxın zamanda qəbul olunacağını deyən Novak layihənin bu çərçivədə icra olunacağını deyib.
"Türkiyəli tərəfdaşlarımız təcrübəmizlə tanış olmaq üçün yaxın zamanda Sankt-Peterburqa səfər edəcəklər və inanıram ki, Türkiyə ərazisində elektron platformanın və habın yaradılması üçün təcrübəmiz işə yarayacaq. Ümid edək ki, gələn il layihənin reallaşdırılmasının başlanğıcı olacaq", - o deyib.
Novak həmçinin, Türkiyədəki elektron platformanın Cənub-Şərqi Avropa üzrə təbii qaz qiymətlərinin kotirovkasının formalaşmasına yönələcəyini əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре