Azərbaycan dayanıqlı "yaşıl" iqtisadiyyata hazır olmalıdır

Azərbaycanın COP29-a hazırlığı yüksək səviyyədə gedir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dayanıqlı "yaşıl" iqtisadiyyata hazır olmalıdır.

"İqlimlə bağlı bilik və bacarıqlar, qabiliyyət erkən yaşlardan başlanmalıdır. Eləcə də, dəqiq elmlərin daha da gücləndirilməsi, STEAM (Science, Technology, Engineering, Art & Math) təhsilinə gənc qızların cəlbini istəyirik. Daim bu sektorlarla əməkdaşlığa hazırıq. Düşünürük ki, təhsil sahəsində əməkdaşlıq gücləndirilməlidir".

BMT rəsmisi onu da əlavə edib ki, Azərbaycanın COP29-a hazırlığı yüksək səviyyədə gedir:

"Bu istiqamətdə bütün mühüm təməl bloklarla bağlı zəruri işlər görülüb".