https://news.day.az/azerinews/1670374.html
Mərakeş Qəzzaya humanitar tibbi yardım göndərib
Mərakeş Qəzzaya humanitar tibbi yardım göndərib.Bu barədə Day.Az-а Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.Bildirilib ki, Mərakeş Kralı, Əl-Qüds Komitəsinin sədri VI Məhəmmədin təlimatı əsasında Qəzzadakı Fələstin əhalisi üçün humanitar tibbi yardım göndərilib.
Mərakeş Qəzzaya humanitar tibbi yardım göndərib

Mərakeş Qəzzaya humanitar tibbi yardım göndərib.
Bu barədə Day.Az-а Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Mərakeş Kralı, Əl-Qüds Komitəsinin sədri VI Məhəmmədin təlimatı əsasında Qəzzadakı Fələstin əhalisi üçün humanitar tibbi yardım göndərilib.
Yardım, xüsusilə yanıqların, cərrahi və travmatoloji xəsarətlərin müalicəsi üçün avadanlıqlar, həmçinin zəruri dərmanlar olan 40 ton tibbi məhsuldan ibarətdir.
Qeyd olunub ki, yardımın böyük bir hissəsi kralın şəxsi fondlarından qarşılanır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре