https://news.day.az/azerinews/1681138.html
"YouTube"un keçmiş rəhbəri öldü
"YouTube"un keçmiş CEO-su Suzan Vocitski vəfat edib.Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.Məlumata görə, o, iki ildir ki müalicə olunduğu ağ ciyər xərçəngindən vəfat edib.
"YouTube"un keçmiş rəhbəri öldü

"YouTube"un keçmiş CEO-su Suzan Vocitski vəfat edib.
Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.
Məlumata görə, o, iki ildir ki müalicə olunduğu ağ ciyər xərçəngindən vəfat edib.
Qeyd edilir ki, Vocitski keçən il açıqlamışdı ki, o ailəsinə, sağlamlığına və digər şəxsi layihələrinə diqqət yetirmək üçün "YouTube"da liderlik rolundan geri çəkilir. Suzan Vocitski doqquz il (2014-2023) "YouTube"un baş direktoru vəzifəsində çalışıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре