https://news.day.az/azerinews/1710205.html
Binə qəsəbəsində işıq kəsiləcək
Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) aid olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri müəyyən olunmuş qaydada bağlanacaq. Day.Az-ın məlumatına görə, bu barədə "Azərişıq" açıqlama yayıb.
Binə qəsəbəsində işıq kəsiləcək
Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) aid olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri müəyyən olunmuş qaydada bağlanacaq.
Day.Az-ın məlumatına görə, bu barədə "Azərişıq" açıqlama yayıb.
Açıqlamaya görə, bu dövrdə saat 10:00-dan 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir neçə ərazisində elektrik təchizatında məhdudiyyətlər olacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре