Rusiya raketi Aktau şəhərində təyyarə qəzasına səbəb olub – Euronews

"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb olan raket "yer-hava" tipli Rusiya raketidir.
Day.Az xəbər verir ki, bu barədə "Euronews" öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, raket, 8432 nömrəli uçuşa, Qroznı üzərində pilotsuz uçuş aparatının hava fəalliyyəti zamanı atılıb.
"Raketin qırıntıları təyyarənin sərnişinlərini və ekipajını vurub, raket təyyarəyə yaxın məsafədə partlayıb", - deyə mənbələr bildiriblər.
Həmçinin, bildirilib ki, təyyarənin GPS naviqasiyasının sistemləri uçuş boyu dəniz üzərində pozulub.
Xatırladaq ki, 25 dekabrda "Azərbaycan Hava Yolları"na aid Embraer 190 tipli sərnişin təyyarəsi Bakı-Groznı marşrutu üzrə uçarkən Aktau hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.
Təyyarədə 67 nəfər (62 sərnişin və 5 heyət üzvü) olub.
Qəza nəticəsində 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan Respublikasının, 8-i Rusiya Federasiyasının, 3-ü Qırğız Respublikasının vətəndaşlarıdır. Bir nəfərin kimliyi hələlik müəyyən olunmayıb.
Xəstəxanaya yerləşdirilən yaralılardan 11 nəfər reanimasiya şöbəsində, 13 nəfər travmatologiya şöbəsində, 2 nəfər neyrocərrahiyyə şöbəsində və 1 nəfər cərrahiyyə şöbəsində müalicə alır. Onlar Qazaxıstanın, həmçinin Azərbaycan və Rusiyadan göndərilmiş həkimlərin nəzarətindədir. Onlara təcili və ixtisaslaşdırılmış tibb və psixoloji yardım göstərilib.
Təyyarənin həm pilotları, həm də stüardessa həyatını itirib, iki ekipaj üzvü sağ qalıb.
26 dekabrda Azərbaycanda matəm günü elan edilib.
Təyyarənin "qara qutusu" artıq tapılıb və onun təhlili beynəlxalq hava nəqliyyatı konvensiyalarına uyğun olaraq aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Nəticə çıxarılmadan əvvəl bütün lazımi araşdırmalar və məlumatların təhlili tamamlanacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре