Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunun üçüncü günündə növbəti qaliblər mükafatlandırılıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kuboku davam edir.

Trend xəbər verir ki, yarışın üçüncü günündə gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxış ediblər.

Komanda hesabında Bolqarıstan komandası qızıl, İtaliya komandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çox gimnast mübarizə aparacaq. Turnir mayın 4-də başa çatacaq.

FOTO: Xanlar Əlizadə