https://news.day.az/azerinews/1778513.html AZAL-ın Bakı-Təbriz-Bakı reyslərinin ilk uçuşu həyata keçirilib - VİDEO "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu həyata keçirilib. Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" sosial şəbəkəsində yazıb. Səfir əlavə edib ki, sabahdan AZAL-ın Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti bərpa ediləcəkdir.

AZAL-ın Bakı-Təbriz-Bakı reyslərinin ilk uçuşu həyata keçirilib - VİDEO

Azərbaycanca, 5 сентября 2025 22:19 (UTC +04:00) 469
AZAL-ın Bakı-Təbriz-Bakı reyslərinin ilk uçuşu həyata keçirilib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu həyata keçirilib.

Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" sosial şəbəkəsində yazıb.

Səfir əlavə edib ki, sabahdan AZAL-ın Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti bərpa ediləcəkdir.

"Bir neçə il sürən aradan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq Azərbaycan Hava Yollarının Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu dünən axşam həyata keçirildi və uçuşlar ilkin olaraq həftədə iki dəfə olmaqla yerinə yetiriləcəkdir. Şənbə günündən isə Azalın Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti bərpa ediləcəkdir

Xeyirli uğurlu olsun. Zəhməti keçən hər kəsə təşəkkürlər", - deyə paylaşımda bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости