https://news.day.az/azerinews/1782455.html Tələbələr arasında bıçaqlanma olub - Qəpiyə görə Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında baş verən mübahisə insidentlə nəticələnib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mübahisə zamanı 2008-ci il təvəllüdlü, Yalama kənd sakini E.Şıxbabayev bıçaq xəsarətləri alıb. Onun bədənində çoxsaylı kəsilmiş və deşilmiş yaralar aşkarlanıb.

Tələbələr arasında bıçaqlanma olub - Qəpiyə görə

Azərbaycanca, 23 сентября 2025 11:02 (UTC +04:00) 408
Tələbələr arasında bıçaqlanma olub

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında baş verən mübahisə insidentlə nəticələnib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mübahisə zamanı 2008-ci il təvəllüdlü, Yalama kənd sakini E.Şıxbabayev bıçaq xəsarətləri alıb. Onun bədənində çoxsaylı kəsilmiş və deşilmiş yaralar aşkarlanıb.

Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat olunub.

Hadisəni törətdiyinə görə E.Mirzəyev adlı şəxs saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости