https://news.day.az/azerinews/1783907.html İllərdir faydalı olduğu bilinirdi - Dietoloq gerçəyi açıqladı Dietoloq səhər süfrəsində tez bişən sıyıqların faydasız olduğunu açıqlayıb. Milli.Az xəbər verir ki, səhərlər sürətli hazırlanan sıyıqlara üstünlük verənlərin çoxu onların sağlamlıq üçün xeyirli olduğunu düşünür. Lakin dietoloq Dmitri Kulikovun sözlərinə görə tez bişən sıyıqların orqanizmə hər hansı faydası yoxdur.

İllərdir faydalı olduğu bilinirdi - Dietoloq gerçəyi açıqladı

Azərbaycanca, 29 сентября 2025 05:31 (UTC +04:00) 418
İllərdir faydalı olduğu bilinirdi - Dietoloq gerçəyi açıqladı

Dietoloq səhər süfrəsində tez bişən sıyıqların faydasız olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, səhərlər sürətli hazırlanan sıyıqlara üstünlük verənlərin çoxu onların sağlamlıq üçün xeyirli olduğunu düşünür. Lakin dietoloq Dmitri Kulikovun sözlərinə görə tez bişən sıyıqların orqanizmə hər hansı faydası yoxdur.

"Bu tip məhsullar taxılın çox incə şəkildə emal olunması və yüksək temperaturda işlənməsi nəticəsində hazırlanır. Sadəcə üç dəqiqə ərzində qaynar su əlavə etməklə hazırlanan sıyıqlarda vitamin və minerallar qalmır.

Kulikov qeyd edib ki, uzun müddət bişirilməli "Herkules" tipli yulaf sıyığı isə əksinə, B və E qrup vitaminləri, xolesterini aşağı salan qida lifləri, bağırsaq fəaliyyətini yaxşılaşdıran beta-qlükan, mədəni qoruyan xüsusi selikli konsistensiya yaradan karbohidratlarla zəngindir. Bu səbəbdən sağlam qidalanmaq istəyənlər məhz belə məhsulları seçməlidirlər.

Kulikov həmçinin mannı sıyığının böyüklər üçün faydasız olduğunu vurğulayıb. Onun tərkibində qlüten çox olsa da, vitaminlər, mikroelementlər və zülal miqdarı azdır. Bundan başqa, mannanın qəbulu orqanizmdə D vitamininin mənimsənilməsinə mane ola bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости