Bu deputatın mandatına xitam veriləcək

Milli Məclisin üzvü Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə millət vəkili parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.

Mərkəzi Seçki Komissiyası onun mandatına xitam verəcək.

Xatırladaq ki, R.Həsən iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında Baş katib seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən başlayacaq.