https://news.day.az/azerinews/1790500.html Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb - FOTO Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb - FOTO

Azərbaycanca, 24 октября 2025 12:24 (UTC +04:00) 459
Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə - 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə - 24 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb
  • Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb
  • Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb
  • Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости