https://news.day.az/azerinews/1820478.html Bazarda qadının qısa geyimi QALMAQAL yaratdı - VİDEO Quba rayonunda baş verən hadisə yerli sakinlər arasında müzakirə mövzusuna çevrilib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, rayona istirahət məqsədilə gələn bir qadın bazar ərazisinə gedərkən qeyri-adi və açıq geyim tərzi ilə diqqət çəkib. Hadisənin Quba şəhərindəki bazar ərazisində baş verdiyi bildirilir.

Bazarda qadının qısa geyimi QALMAQAL yaratdı - VİDEO

Azərbaycanca, 6 марта 2026 17:29 (UTC +04:00) 316
Bazarda qadının qısa geyimi QALMAQAL yaratdı

Quba rayonunda baş verən hadisə yerli sakinlər arasında müzakirə mövzusuna çevrilib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, rayona istirahət məqsədilə gələn bir qadın bazar ərazisinə gedərkən qeyri-adi və açıq geyim tərzi ilə diqqət çəkib. Hadisənin Quba şəhərindəki bazar ərazisində baş verdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, qadının geyimi ətrafdakı insanların, xüsusilə də satıcıların diqqətini çəkib. Bəzi sakinlər onun geyiminin bazar mühiti üçün uyğun olmadığını bildirərək iradlarını dilə gətiriblər.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb və söz mübadiləsi baş verib. Nəticədə qadın mübahisənin böyüməməsi üçün bazar ərazisini tərk etmək məcburiyyətində qalıb.

Hadisə ilə bağlı görüntülərin sosial şəbəkələrdə yayılması istifadəçilər arasında müxtəlif fikirlərin səsləndirilməsinə səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости