Müştərilərdən sevris haqqı niyə alınır? - Əsl səbəb bilindi
Azərbaycanda restoran və kafelərdə servis haqqı tətbiq olunur. Servis haqqının məbləği restoranlara görə dəyişir və ümumiyyətlə 5-20% arasında olur. Bəzi yerlərdə 5%, 9%, 10%, 15%, hətta 20% servis haqqı alınır.
Bəs servis haqqı niyə tutulur?
Bir çox hallarda müştərilər düşünür ki, ödənilən servis haqqının hamısı ofisiantlara çatır.
Day.Az xəbər verir ki, restoranlar bunu işçilərin maaşı və xidmət haqqı üçün əsaslandırırlar. Qırılan qabların əvəzini işçilərin maaşından çıxmırlar, amma yerdə qalan digər işçilərə servis haqqından ödəniş verilir.
Müştərilərin fikrincə isə, servis haqqının ödənilməsi həmişə düzgün deyil.
Onlar deyirlər ki, əgər müştəri restorana heç bir ziyan vurmayıbsa, niyə servis haqqı ödəməlidir?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirir ki, servis haqqı menüdə və ya hesabda açıq göstərilməlidir. Əgər müştəri əvvəlcədən xəbərdar edilməyibsə, servis haqqının tutulması qanunsuz sayılır.
Ekspertlərin fikrincə, servis haqqının qanunla tənzimlənməsi və ya ləğv edilməsi həm şəffaflığı artırar, həm də müştəri ilə restoran arasında qarşılıqlı etimadı möhkəmləndirər.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре