https://news.day.az/azerinews/1822398.html Elmin Əliyev U-23 Avropa çempionatında qızıl medal qazanıb Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Day.Az İdman.Biz-ə itinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Elmin Əliyev (82 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elmin Əliyev U-23 Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanca, 16 марта 2026 00:22 (UTC +04:00) 344
Elmin Əliyev U-23 Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

Day.Az İdman.Biz-ə itinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Elmin Əliyev (82 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həlledici final qarşılaşmasında Elmin Əliyev Gürcüstan idmançısı Tornike Mikeladze ilə üz-üzə gəlib. Gərgin keçən görüş güləşçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçi Ali Tsokayev (92 kq) və qadın güləşçimiz Günay Qurbanova (59 kq) da qitə birinciliyinin qızıl medallarına sahib çıxmışdılar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости