Alimlər xəbərdarlıq EDİR: Süni intellekt videoları depressiya riskini artıra bilər
NSU Tibb və Tibbi Texnologiyalar İnstitutunun dosenti Mariya Matveeva süni intellektlə yaradılan videolara həddindən artıq baxmağın psixoloji sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib. O, bu cür məzmunun sosial təcrid və depressiya riskini artıra biləcəyini vurğulayıb.
Day.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sosial şəbəkələrdə "neyroslop" adlanan, demək olar ki, tamamilə süni intellektlə yaradılan videolar sürətlə yayılır.
Bu tip kontent diqqət yayınıqlığı, klip təfəkkürü və emosional balansın pozulması kimi təsirlərə səbəb ola bilər.
Matveeva xüsusilə uşaqlar və yeniyetmələrin bu risklərə daha həssas olduğunu qeyd edib. O, həmçinin yatmazdan əvvəl ekran və süni intellekt məzmunundan uzaq durmağın yuxu keyfiyyətini qorumaq üçün vacib olduğunu tövsiyə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре