Oturaq iş dizlər üçün daha təhlükəlidir - Həkim riskləri AÇIQLADI
Uzun müddət hərəkətsiz oturaq iş oynaqlar üçün fiziki ağır işdən daha zərərli ola bilər.
Day.Az xəbər verir ki, bu fikirləri rusiyalı travmatoloq-ortoped Pavel Semiçenkov deyib.
Onun sözlərinə görə, tikinti və fiziki əmək zamanı bədən daim hərəkətdə olur, əzələlər işləyir və qan dövranı aktiv qalır. Lakin ofis şəraitində saatlarla eyni vəziyyətdə oturmaq oynaqlara mənfi təsir göstərir.
Mütəxəssis izah edir ki, uzun müddət oturmaq qan dövranını zəiflədir, əzələlər passivləşir və oynaqları qoruyan qığırdaq toxuması kifayət qədər qidalanmır. Bu isə zamanla Artroz kimi problemlərin yaranmasına səbəb ola bilər. Üstəlik, qəfil fiziki aktivliyə başlamaq menisk zədələri və bel ağrıları riskini artırır.
Həkim həmçinin bildirir ki, davamlı kompüter istifadəsi bilək və çiyinlərə də zərər verir, bu isə karpal tunel sindromu və tendonit kimi xəstəliklərə gətirib çıxara bilər. O, gün ərzində fasilələrlə hərəkət etməyi, bədənin siqnallarına diqqət yetirməyi və erkən əlamətləri gözardı etməməyi tövsiyə edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре