Alimlər bildirir ki, gündəlik edilən bu iki vərdiş yaşlanmanı ləngidə bilər

Alimlər, düzgün bəslənmə və fiziki fəallığın yaşlanmanın sürətinə əhəmiyyətli dərəcədə təsir etdiyini müəyyən ediblər.

Day.Az xəbər verir ki, bu nəticə The Journal of Nutrition jurnalında dərc olunan araşdırmaya əsaslanır.

Araşdırma zamanı 7 il ərzində 1000-dən çox iştirakçının məlumatları nəzərdən keçirilib. Nəticələr göstərib ki, daha sağlam qidalanma bioloji yaşlanmanı yavaşladır, fiziki fəallıq isə hər hansı bir pəhrizdən asılı olmayaraq yaxşı nəticələr verir.

Xüsusilə maraqlı olan isə pəhriz və fiziki fəallığın birgə təsiri olub. Məsələn, fiziki fəaliyyəti aşağı olan, amma düzgün qidalanan insanlar daha yavaş yaşlanıblar. Fiziki fəallığı yüksək olanlar isə nə qədər sağlam qidalanmalarına baxmayaraq yaxşı nəticələr göstəriblər.

Yaşlanmanı yavaşlatmaq istəyənlərə alimlər balanslı pəhrizlə yanaşı, həftədə ən azı 150 dəqiqə fiziki fəaliyyət göstərməyi tövsiyə edirlər.