Yerə zəif maqnit fırtınası yaxınlaşır:

Alimlərin məlumatına görə, yaxın günlərdə maqnit fırtınası gözlənilir, lakin onun güclü olmayacağı bildirilir.

Day.Az xəbər verir ki, 24-25 aprel tarixlərində geomaqnit vəziyyət sabit qalacaq, çünki günəş küləyinin sürəti tədricən azalır.

Proqnozlara əsasən, Günəşdə baş verən proseslər nəticəsində formalaşan axın 25 aprel gecəsi və ya 26 aprel səhərində Yerə çata bilər. Bu isə həftəsonuna doğru G1 səviyyəli - yəni zəif maqnit fırtınasının baş vermə ehtimalını artırır.

G1 səviyyəli fırtınalar ciddi təhlükə yaratmasa da bəzi insanlarda yorğunluq, baş ağrısı və təzyiq dəyişiklikləri yarada bilər.

Mütəxəssislər bu günlərdə daha çox istirahət etməyi, bol su içməyi və stressdən uzaq durmağı tövsiyə edir.