İnsan orqanizmində şəkər səviyyəsini tənzimləyən yeni mexanizm kəşf edilib
Avstraliyadakı Walter and Eliza Hall Medical Research Institute alimləri orqanizmdə şəkər səviyyəsinin idarə olunması ilə bağlı yeni mexanizm aşkar ediblər.
Day.Az xəbər verir ki, araşdırmanın nəticələri Nature jurnalında dərc edilib.
Nəticədə qeyd olunub ki, ubiquitin adlı zülalın qlikogeni - yəni şəkərin əsas ehtiyat formasını - birbaşa "işarələyərək" onun parçalanmasını başlatdığı müəyyən olunub.
Əvvəllər hesab olunurdu ki, qlikogen mübadiləsi yalnız klassik biokimyəvi yollarla tənzimlənir. Lakin yeni tədqiqat göstərib ki, alternativ mexanizm də mövcuddur və bu, orqanizmə enerji ehtiyatlarını daha çevik idarə etməyə imkan verir. İlk dəfə olaraq sübut edilib ki, ubiquitin yalnız zülallarla deyil, həm də karbohidratlarla - xüsusilə qlikogenlə - əlaqə qura bilir.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, aclıq zamanı qlikogen səviyyəsi azalır, eyni zamanda onun üzərindəki ubiquitin "işarələri" artır. Bu da həmin mexanizmin şəkər ehtiyatlarının parçalanmasında birbaşa rol oynadığını təsdiqləyir. Alimlər hesab edir ki, bu kəşf diabet, piylənmə və digər metabolik xəstəliklərin müalicəsində yeni yanaşmaların inkişafına imkan yarada bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре