Günəş partlayışları Yer üçün maqnit fırtınası riski yaradır

Son günlər Günəş partlayışları və aktivlik artımı müşahidə olunur. British Geological Survey alimlərinin məlumatına görə, baş verən hadisələr Yer kürəsində yeni geomaqnit pozuntularına səbəb ola bilər.

Day.Az xəbər verir ki, tədqiqatçılar həmçinin koronal kütlə atılması ehtimalının olduğunu və bu təsirin 29 aprel tarixində Yerə çatacağı gözlənildiyi bildirilir.

Proqnozlara əsasən, maqnit fırtınası əvvəlcə G1 səviyyəsində başlayacaq və 30 aprelə qədər G2 - yəni orta güclü səviyyəyə yüksələ bilər.

maqnit fırtınası zamanı rabitə və naviqasiya sistemlərində nasazlıqlar yarana bilər. Həssas insanlarda isə baş ağrısı, halsızlıq və təzyiq dəyişiklikləri müşahidə oluna bilər. Mütəxəssislər bu günlərdə daha diqqətli olmağı, fiziki yüklənməni azaltmağı və proqnozları izləməyi tövsiyə edirlər.