https://news.day.az/azerinews/1833020.html Sumqayıtda yataqxanada yanğın olub - VİDEO Sumqayıtda yataqxana binasında yanğın olub. Day.Az verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb. Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana binasında qeydə alınıb. İlkin məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.

Sumqayıtda yataqxanada yanğın olub - VİDEO

Azərbaycanca, 7 мая 2026 19:03 (UTC +04:00) 296
Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxana binasında yanğın olub.

Day.Az verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana binasında qeydə alınıb.

İlkin məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Təhlükəsizlik məqsədilə 12 nəfər təxliyə edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости