Vəsiyyət kənar şəxsə olarsa övladın payı

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs öz əmlakını həm qanuni vərəsələrinə, həm də kənar şəxslərə vəsiyyət edə bilər. Bu zaman vəsiyyətçinin iradəsi önəmlidir, lakin müəyyən qanuni məhdudiyyətlər mövcuddur.

Uşaqların mirasdakı hüquqları qorunur. Vəsiyyət əsasında miras yalnız kənar şəxslərə verilsə belə onların qanunla müəyyən edilmiş məcburi payı qalır. Bu pay, ümumiyyətlə, onlara mirasın yarısı qədər çatır və azaldıla bilməz.

Əgər vəsiyyət əsasında miras bölgəsində mübahisə yaranarsa, məhkəməyə müraciət edərək öz məcburi payınızı tələb edə bilərsiniz. 

Nəsimi Ələsgərli