https://news.day.az/azerinews/1837127.html Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirilib Azərbaycanın Təbrizdə yol-nəqliyyat hadisəsi zamanı vəfat edən konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib. "Diplomat bu gün Göyçayda dəfn olunacaq",- deyə o bildirib.

Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirilib

Azərbaycanca, 25 мая 2026 14:37 (UTC +04:00) 262
Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirilib

Azərbaycanın Təbrizdə yol-nəqliyyat hadisəsi zamanı vəfat edən konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

"Diplomat bu gün Göyçayda dəfn olunacaq",- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək vəfat edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости