Azərbaycanda seçici sayı açıqlanıb, ən yaşlı seçicilər məlum olub

Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərin ümumi sayını açıqlayıb.

Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın 2026-cı ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasında məlumat verib.

O bildirib ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 332 min 229 nəfərdir. Onların 47,6 faizi kişilər, 52,4 faizi isə qadınlardır.

"Ən yaşlı qadın seçici Lənkəran rayon sakini Əzizova Tamam Əli qızıdır (1890-cı il təvəllüdlü, 136 yaş). Ən yaşlı kişi seçici isə Tovuz rayon sakini Hacıyev Fərrux Səməd oğludur (1920-ci il təvəllüdlü, 106 yaş).

MSK sədri əlavə edib ki, yaşı 100 və yuxarı olan seçicilərin sayı 209 nəfərdir.