https://news.day.az/azerinews/1849517.html
Türkiyədə helikopter qəzaya uğrayıb - Yaralananlar var
Türkiyənin Ankara vilayətində təlim helikopteri qəzaya uğrayıb. Day.Az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb. İnsident Ankaranın Temelli rayonunun ərazisində baş verib. Həvəskar çəkilişlərdə helikopterin yolun kənarındakı əkin sahəsinə düşdüyünü görmək olur. Hadisə yerinə çox sayda xilasedici cəlb olunub.
Türkiyədə helikopter qəzaya uğrayıb - Yaralananlar var
Türkiyənin Ankara vilayətində təlim helikopteri qəzaya uğrayıb.
Day.Az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.
İnsident Ankaranın Temelli rayonunun ərazisində baş verib. Həvəskar çəkilişlərdə helikopterin yolun kənarındakı əkin sahəsinə düşdüyünü görmək olur.
Hadisə yerinə çox sayda xilasedici cəlb olunub. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре