Nataliya Oreyro araqçınla

Day.Az представляет новость на азербайджанском языке

Uruqvaylı müğənni və aktrisa Nataliya Oreyro Azəryabcan milli geyim nümunəsi olan araqçınla foto çəkdirib.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, sözügedən fotonu məşhur ulduzun Azərbaycan üzrə fan səhifəsi paylaşıb.

Qeyd edək ki, Nataliya bir müddət əvvəl Azərbaycana gəlmək istədiyini açıqlamışdı.

Xatırladaq ki, 38 yaşlı Nataliya Oreyro müğənnilik və aktrisalıqla yanaşı, modelyerliklə də məşğuldur. Aktrisa "Vəhşi gözəl" filmi ilə dünyada tanınan bir simaya çevirilmişdi.

O, 2007-ci ildə bacısı Adriana ilə birlikdə "Las Oreiro" brendini yaratmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.