Əməkdar artist nəvəsinə elə bir toy etdi ki... - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova ötən gün paytaxt məkanlarının birində nəvəsi Fəxriyə kiçik toy edib.
Lent.az-ın məlumatına görə, aktrisanın nəvəsinin xoş gününə həmkarları ilə yanaşı, şou-biznesin tanınmış simaları dəvətli olublar. Gecəni ilk olaraq giriş sözü ilə M.Xanlarova açıb: "Buraya gələn dostlarıma təşəkkür edirəm. Mən çox danışmağı sevmirəm. Ona görə də bütün dostlarımı rəqsə dəvət edirəm".
Aktrisanın dəvətindən sonra müğənnilər mahnıları bir-birinin ardına düzüb və qonaqlar rəqs etməyə başlayıblar. Toy müzakirəsiz də ötüşməyib. Əməkdar artist Mətanət İsgəndərlinin müğənni İzzət Bağırzadədən öncə mahnı ifa etməsi ikincinin ürəyincə olmayıb. Belə ki, İ.Bağırzadə M.İsgəndərlidən öncə ifa etməli imiş. Amma M.Xanlarova öncə səhnəyə M.İsgəndərlini dəvət edib. Bu addım isə İ.Bağırzadənin xoşuna gəlməyib və acıq edərək məkanı tərk edib.
Yaşanan bu hadisəylə bağlı M.Xanlarova fikrini bildirib: "İzzətin niyə belə etdiyini anlamadım. Acıq edib, gedib. Amma canı sağ olsun. O da məni öz balasının toyuna çağırar, mən də gedərəm. Onun Mətanət xanımdan öncə ifa etmək istəyini mən bilmirdim".
Qeyd edək ki, M.Xanlarovanın qızı Aysel 2009-cı ildə Cəlilabad rayonuna gəlin köçüb və həmin evlilikdən Fəxri, Mehriban və Sevda adlı övladları var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре