Holcim “USTA MƏNƏM!” müsabiqəsinin birinci seçim mərhələsini uğurla başa çatdırdı - FOTO (R)

Holcim Azərbaycan "USTA MƏNƏM!" milli müsabiqəsinin birinci seçim mərhələsini uğurla yekunlaşdırıb. Bu layihə ustalara öz peşə bacarıqlarını nümayiş etdirməyə, inkişaf etməyə, bənna və suvaqçı peşələrinin nüfuzunu artırmağa imkan yaradır.
Aprel-iyun ayları ərzində müsabiqə artıq Xırdalan, Sumqayıt və Salyan da daxil olmaqla 8 şəhərdə keçirilib. Müsabiqədə iştirak etmək üçün 1000-dən çox usta qeydiyyatdan keçib və onlardan təxminən 240 nəfər praktiki tapşırıqlarda iştirak üçün seçilib.
Keçənilki təcrübə göstərdi ki, bu müsabiqə ustaların inkişafına mühüm töhfə verir. Onlar yeni biliklər qazanır, bacarıqlarını artırır və TECTOR məhsulları kimi müasir materiallar haqqında məlumat əldə edirlər. Bu da tikinti prosesində innovasiyaların tətbiqinə şərait yaradır. Müsabiqənin qalibi "İlin Ustası" adına layiq görüləcək və digər nominasiyalar üzrə də mükafatlar təqdim olunacaq.
Tapşırıqlar real tikinti şəraitinə uyğun mühitdə keçirilib və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ustalar dəqiqlik, sürət, müasir yanaşma və yüksək peşəkarlıq nümayiş etdiriblər.
Müsabiqə iştirakçılar arasında böyük maraq və rəqabət yaradıb. Bir çox iştirakçı yenidən qoşulmağa qərara qəliblər. Məsələn, Sumqayıtdan Nemət Hüseyn bildirib: "Çox istəyirəm qalib olum. Keçən il finalda uduzdum. Bu il seçim mərhələsindən keçdim, ümid edirəm alınacaq. Alınmasa da, gələn il yenə cəhd edəcəm." Gəncədən Mehman Aslanov isə əlavə edib: "Keçən il bu müsabiqə haqqında eşitmişdim, amma iştirak etməmişdim. Belə şeylərə skeptik yanaşırdım. Amma TikTok-da qalibə maşın hədiyyə etdiklərini görəndə düşündüm ki, niyə də yox. İndi seçim mərhələsini keçmişəm, finala hazırlaşıram. Tapşırığın öhdəsindən gələcəyimə görə həyəcanlanıram."
Müsabiqənin əsas məqsədi - bənna və suvaqçı peşələrinin vacib və hörmətəlayiq olduğunu göstərməkdir. Holcim daha çox insanın öz sənətindən qürur duymasını, yeniliklər öyrənməsini və tikintidə müasir texnologiyalardan istifadə etməsini təşviq edir. Şirkət, həmçinin fərdi tikintidə ekoloji həllərin tətbiqinə dəstək verir.
"USTA MƏNƏM!" sadəcə müsabiqə deyil. Bu, peşəyə münasibəti dəyişən bir hərəkatdır. Biz elə bir mühit yaradırıq ki, burada ustalıq dəyərləndirilir və ruhlandırır," - deyə Holcim Azərbaycan-ın baş direktoru Serjiu Stoikov bildirib.
Holcim-in Azərbaycanda güclü və çoxşaxəli fəaliyyəti mövcuddur. Şirkət ölkənin tikinti və infrastruktur inkişafında mühüm rol oynayır. Holcim müasir sement zavoduna, hazır beton (RMX) istehsalına və səmərəli paylama üçün strateji yerləşən terminala malikdir. Eyni zamanda, Holcim Tector quru inşaat qarışıqları, sement və beton istehsalı üçün nəzərdə tutulmuş Corso kimyəvi həllərini də təklif edir. Bu qabaqcıl məhsullar və həllər tikinti sektorunun müxtəlif ehtiyaclarını qarşılayır və şirkətin innovasiyalar, keyfiyyət və dayanıqlı tikinti üsullarına sadiqliyini nümayiş etdirir.
Müsabiqə yaxın zamanda digər regionlarda davam etdiriləcək. Qeydiyyat üçün *1010 nömrəsinə zəng edə və ya www.holcim.az saytına daxil ola bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре