https://news.day.az/azerinews/837693.html
Suriyada 3 türk əsgəri yaralanıb
Suriyada 3 türk əsgəri yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.
Bölgədə əməliyyatlar davam edilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре