Palmira yaxınlığında İŞİD-in 25 üzvü öldürüldü

Day.Az представляет новость на азербайджанском языке

Suriya ordusu Palmira şəhərinin qərbində İŞİD terror təşkilatının 25 üzvünü zərərsizləşdirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, toqquşma silahlı qruplaşmanın ələ keçirməyə çalışdığı hərbi aerodrom yaxınlığında qeydə alınıb. Suriya hərbçiləri İŞİD-in hücumunun qarşısını ala bilib.

Xatırladaq ki, ayın əvvəlində İŞİD-in hücumu nəticəsində Suriya qüvvələri Palmiranı tərk etməyə məcbur olmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.