Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı

Day.Az представляет новость на азербайджанском языке

Sabah Ramazan ayının 14-cü günüdür.

Day.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:09-da, iftar isə saat 20:26-dadır.

Ramazan ayının 14-cü gününün duası:

"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".

Tərcüməsi:

 

"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"

Allah orucunuzu qəbul etsin!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.