Nigeriyanın STV kanalında Azərbaycan dolması bişirildi - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişində Azərbaycan mətbəxindən bəhs edilib.
Day.Az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, verilişin qonağı, Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova tamaşaçılara dolmanın hazırlanma qaydasından danışıb. O, aparıcıya yarpaq dolmasının içliyində istifadə olunan inqrediyentləri, hazırlama özəlliyi, dolmanın süfrəyə verilmə qaydasını izah edib.
Həmyerlimiz veriliş boyu həmçinin, Azərbaycan tarixi, musiqisi, mətbəxi, mədəniyyəti haqqında məlumat verib.
Aparıcı Gina Ehikodi verilişdə silsilə olaraq Azərbaycan mətbəxinin yeməklərinin təqdim ediləcəyi barədə məlumat verib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре