Namik Qaraçuxurlu: "Xarici görünüşümün mənə çox köməyi var"

Day.Az представляет новость на азербайджанском языке.
Tanınmış meyxanaşı Namiq Qaraçuxurlunun Milli.Az-a müsahibəsi.
- Namiq Qaraçuxurlu balacaboy, yaraşıqsız olsaydı, bu gün yenə Namiq Qaraçuxurlu olardı?
- İnanmıram ki, eybəcər olsa idim, indi Namiq Qaraçuxurlu olardım, mənim xarici görünüşümün mənə çox köməyi var.
- Özünüzdə nəyi bəyənmirsiz?
- Bəzən çox tənbəl oluram və bir çox şeylərin dərininə gedirəm. Bu xüsusiyyətlərimi sevmirəm.
- Sizin sevib seçdiyiniz qız sizdən də gözəl olmalıdır, yoxsa fərqi yoxdur?
- Mənim sevdiyim xanım məndən üstün olmamalıdır, çünki gözəl və fərasətli xanımlar daha çox iddialı və kaprizli olurlar.
- Boyunuz hündür olduğundan, insanlara yuxarıdan aşağı baxmağa alışmamısız ki?
- (Gülür) Mən insanlara heç vaxt yuxarıdan aşağı baxa bilmirəm, amma elə məqamlar var ki, orda mütləq elə olmalısan. Boyumun hündür olmağı yaxşıdır, amma uşaq vaxtı mənə çox mane olurdu. Avtobusda dayananda başım hər zaman yuxarı dəyirdi. Mən də pərt olurdum.
- Şou-biznesə gələndən atdığınız hansı addıma görə indi peşmansınız?
- Heç bir addımımdan peşman deyiləm, nə addım atmışamsa, bu mənim xeyrimə olub. Bundan sonra da nə addım atsam, inanmıram peşman olum.
- Bundan sonra yenə hansısa ulduzla uzun müddətli duet oxuyacaqsınız?
- Elə bir istəyim yoxdur, əgər həmkarlarım maraqlı bir mahnı təqdim etsə, bu haqda fikirləşə bilərəm. Bu, populyar olan və olmayan həmkarlarıma aiddir. Yeni çıxan müğənnilərlə də duet oxuya bilərəm, əgər mahnı və səs məni tutsa.
- Əvvəllər deyirdilər ki, oğlanla qızın dostluğundan sevgi alınar, indi isə kişi ilə qadının dueti sevgiyə çevrilir. Razısınız?
- Bəli, razıyam. İndi duet oxuyanların 80 %-nin sonu sevgi ilə bitir, qalan 20 %, yəqin ki, sadəcə, duet olaraq qalır.
- Bəs sizin Hollivudda məşhur olmaq kimi arzunuz, istəyiniz var?
- Xeyr, yoxdur. Mən həyatda real insanam. Hollivud mənə çox uzaqdır, təsadüfən ola bilər ki, mən ora gedim çıxım.
- Namiq Qaraçuxurlu varlıdır?
- Yox, kənardan mən milyoner görsənirəm, varlı da yox, milyoner. Yəni mənə gələn zənglərdən, istənilən borc pullardan görürəm ki, camaat məni hədsiz varlı hesab edir. Bizim varlı görüntümüz reallığı əks etdirmir. Amma kasıb da deyiləm.
- Namiq necə ailə başçısı olacaq?
- Mənim zənnimcə, çox yaxşı, ümumiyyətlə, uşaq tərbiyəsi, kimisə yaxşı mənada "rəndələməyi" çox yaxşı bacarıram. Məncə, mən əsl ailə başçısı üçün tam hazıram.
- Qısqanclıq mövzusunda özünüzü necə sığortalayacaqsız?
- Qısqanclıq mövzusu mənim hal-hazırda ən böyük problemlərimdən biridir. Ondan sığortalanmaq çox çətin bir şeydir. Bəlkə də, mümkünsüzdür.
- Namiq Qaraçuxurlu gələcəkdə neçə papanın gül balalarını istəyir?
- Ən azı üç. İstəyirəm oğul atası olum.
- 2013-cü ildən nə gözləyirsiniz?
- 2013-cü ildə şəxsi həyatımda daha çox yenilik olacaq. Bu il həyata gerçəkləşdirmək istədiyim toyu, inşallah, gələn il mütləq edəcəm.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре