https://news.day.az/society/562105.html
Yollarda heyvanların avtomobillə vurulmasına görə məsuliyyəti kim daşıyır? - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Magistral yollarda ev heyvanlarının avtomobillərin hərəkətinə mane olması problem kimi qalmaqdadır. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax rayonunun Salahlı kəndi belə hallara tez-tez rast gəlinən yaşayış məntəqələrindəndir. Sakinlər deyirlər ki, yol kəndin içərisindən keçdiyi üçün bu hallar qaçılmaz olur. Onlar bildirirlər ki, ərazidə heyvanların yoldan keçirilməsini tənzimləyən işarələrin olmaması onların işini çətinləşdirir. Bəzi sürücülər də yaşayış məntəqələrinin ərazisini keçərkən sürət həddinə əməl etmirlər. Bu da bəzən heyvanların avtomobillərlə vurulması ilə nəticələnir.
Hüquqşünas Fərhad Məmmədov bildirir ki, bu halda həm avtomobilə, həm də mal-qara sahibinə ziyan dəyir: "Lakin əgər avtomobil sahibi tərəfindən yol hərəkəti qaydası pozulmayıbsa, avtomobilə dəyən zərərin ödənilməsi birbaşa mal-qaranın sahibinin üzərində qalır".
Xatırladaq ki, yol hərəkəti haqqında qanuna əsasən, heyvan sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər. Sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərdən, habelə yolun hərəkət hissəsindən mal-qaranı keçirməməlidirlər. Heyvanları yoldan son dərəcə diqqətli, nəzarət altında ötürməlidirlər. Buna əməl etməyən mal-qara sahibləri 40 manat cərimə olunurlar.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре