Rusiyada Azərbaycan konsulluğunun qarşısında partlayış baş verib

Day.Az представляет новость на азербайджанском языке
Bu gün Rusiyanın Yekatrinbuq şəhərində Azərbaycan konsulluğunun qarşısında eşidilən partlayış səsi təşvişə səbəb olub.
Day.Az virtualaz.org-a istinadən bildirir ki, güclü partlayış səsi həmin vaxt küçədən keçən trolleybusdan eşidilib. Trolleybusun sərnişinləri təşviş içində onu tərk ediblər, yaxınlıqdakı binanın sakinləri də qorxuya düşüb və küçəyə çıxıblar.
Məlum olub ki, partlayış səsi trolleybusdakı hava balonunun partlaması nəticəsində eşidilib. Trolleybusun sürücüsü sərnişinləri sakitləşdirməyə çalışıb, heç kimin xəsarət almadığı bildirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре