Bakının bu rayonunda qaz olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhəri Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu, N. Hacıyev küçəsi ilə F. Yusifov küçəsinin kəsişməsi, 1950-ci məhəllədə yerləşən "RAV" MTK-ya məxsus 120 mənzilli yaşayış binasının qazlaşdırılması məqsədilə çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar avqustun 26-da saat  09:00-dan 18:00-dək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Binəqədi rayonunun 7 və 8-ci mikrorayonları ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.