"2014-cü ili Azərbaycanın xarici siyasətinin yüksəliş ili hesab etmək olar"

Day.Az представляет новость на азербайджанском языке.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2014-cü il üçün Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinə, diplomatik münasibətlərin inkişaf xüsusiyyətlərinə və gələcək illərdə Azərbaycanın xarici diplomatiyasının hansı zəmində qurulacağı barədə Kəpəz TV-nin (Region TV) "Bu həftə" proqramına müsahibə verdi.
- Keçən həftə XİN tərəfindən 2014-cü ilin hesabatı verildi. Burada verilən məlumatları da əldə rəhbər tutaraq 2014-cü il Azərbaycanın xarici siyasətini necə qiymətləndirmək olar?
- 2014-cü ildə yenə də əsas prinsipimiz müstəqillik olmuşdur. Qarşıya qoyulan məsələlər üzrə də uğur əldə edilmişdir. Qarşıya qoyulan əsas məsələlər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ torpaqlarının geri qaytarılması, məcburi köçkün və qaçqınların öz yurd-yuvalarına geri dönməsi, Azərbaycanın ikitərəfli siyasi əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi ticarət əlaqələrinin genişləndirilməs
- Azərbaycanın siyasətinin əsas təməl daşını Dağlıq Qarabağ məsələsinin həlli tutur. Bununla bağlı ötən il hansı işlər görüldü?
- 2014- cü il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparılmışdır. Bu danışıqlar prosesi Minsk Qrupunun həmsədr ölkərinin nümayəndələri tərəfindən həyata keçirilir. 2014-də Soçidə, NATO-nun UELS sammiti çərçivəsində və Parisdə prezidentlər səviyyəsində görüş keçirilmişdir. Bundan başqa Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə XİN nazirlərinin görüşləri baş tutmuşdur. 2014-cü ili iki hissəyə bölsək, I hissədə həmsədrlərin birgə verdikləri bəyanatları belə təsnif edə bilərik ki, burada da onlar Madrid prinsiplərindən çıxış edərək ermənilərin Azərbaycan torpaqlarından işğalçı güclərinin çıxarılmasını qeyd edə bilərik. Daha sonra Soçi, Uels və nəhayət Paris görüşlərində isə münaqişənin həllində Böyük sülh sazişinin imzalanması və bunun üzərində ciddi dayanılması ilə bağlı olan qərarlar idi. Lakin belə bir pozitiv şəraitdə erməni tərəfi yenə də təxribatlara əl atdı. Onların bu təxribatları kompleks şəkildə həyata keçirdiklərini söyləmək olar. Buna atəşkəsin tez-tez pozulması, diversiya əməliyyatlarının sayının artması, sərhəddə yaşayan mülki Azərbaycan əhalisinin hədəfə alınması, bundan baqşa Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsir götürülməsi, digər vətəndaşımız Həsən Həsənovun qəddarcasına öldürülməsi, iyul-avqust aylarında təmas xəttində gərginliyin daha da artması, burada təxribat əməllərinin törədilməsi sonra isə Paris görüşündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində 46 mindən artıq şəxsi heyətin iştirakı, 3000-dən artıq hərbi texnikanın cəlb olunması ilə Ermənistan tərəfindən hərbi təlim həyata keçirildi. Bu da məhz Paris görüşündən sonra təxribata yönəlik bir addım idi. Ermənistan dərk edir ki, artıq ortada konkret təkliflər var və onlardan konkretlik tələb olunur, bu cavabı verməməyə görə isə onlar hər bir formada danışıqlara xələl yetirmə siyasəti yürüdür. Burada ikinci bir məqam Ermənistanın özünün daxilində olan vəziyyətdir. Ermənistan təmas xəttində və danışıqlarda yaratdığı gərginliyi ölkədə olan siyasi, sosial, iqtisadi, demoqrafik vəziyyətdən çıxış yolu kimi görür. Məhz bu problemlərlə də ölkənin daxili problemindən diqqət yayındırır.
- Azərbaycan dünya dövlətləri ilə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi baxımından hansı addımları atıb?
- İkitərəfli diplomatiya ölkə rəhbərliyi tərəfindən də qarşımızda əsas prioritet siyasət kimi qoyulmuşdur. İkitərəfli əsasda Azərbaycanın xarici siyasəti çox uğurla həyata keçirilmişdir. Belə ki, dünya dövlətlərinin nüfuzlu dövlət adamlarının, ölkə başçılarının ölkəmizə edilən səfərləri artıq Bakının da dünya dövlətlərinin diplomatik paytaxtı halına gətirib. Belə ki, burada təşkil edilən vacib görüşlər, konfranslar bunu söyləməyə əsas verir. Bununla yanaşı Azərbaycan xarici işlər naziri tərəfindən ikitərəfli qarşılıqlı səfərlər həyata keçirilmişdir. Azərbaycanın xarici diplomatiyasının dünyada coğrafi arealı genişlənib. 2014-cü ildə Azərbaycanın Efiopiyada səfirliyi fəalliyyətə başlayıb. Bu səfirliyin fəaliyyəti Efiopiya ilə məhdudlaşmayacaq
- Azərbaycan qonşu dövlətlərlə daim qarşılıqlı etimad və dostluq siyasəti yürüdür. İran, Gürcüstan, Türkiyə, Rusiya ilə münasibətləri buna nümunə göstərmək olar. Məhz bu baxımdan bu ölkələrlə və xüsusilə Türkiyə ilə Azərbaycan münasibətlərini necə dəyərləndirərdiz
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре