Qadın ölkə tarixində ilk dəfə "Formula-1" maşını ilə dövrə vurub

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanından olan Asil əl-Həməd ilk dəfə "Formula-1" maşınını sürən qadın kimi ölkə tarixinə düşüb.

Milli.Az report.az-a istinadən bildirir ki, "Pul Rikard" trasında keçirilmiş Fransa Qran-prisi çərçivəsində Səudiyyə Ərəbistanı Avtomobil İdmanı Federasiyasının qadın təmsilçisi 2012-ci il versiyası olan "Lotus-Renault" maşınında bir dövrə vurub.

Yürüşdən sonra əl-Həməd bildirib ki, qadınlar üçün mümkünsüz heç nə yoxdur: "Biz təkcə adi maşınları deyil, "Formula-1" maşınlarını da sürə bilərik".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyunun 24-dən başlayaraq qadınlara təkbaşına maşın sürməyə icazə verib. Bundan öndə ölkədə qadınlara sürücülük vəsiqəsi almağa izn verilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.