Nazir: "Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibəti qurmasa, müstəqilliyi böyük sual altına düşür"

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfərini şərh edib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, o, C.Boltondan Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual verməyi xahiş edib:
"Cənab Boltondan xahiş etdim ki, Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual versin. Ümumilikdə onlar nə istəyirlər? Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa, qonşuluq əlaqələri qurmağa hazırdırlarmı? Təbii ki, Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasa, onda onun müstəqilliyi böyük sual altına düşür. Bu birmənalıdır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре