Bakıda qəfil dünyasını dəyişən tanınmış idmançının görüntüləri

Dəm qazından boğularaq dünyasını dəyişən Arzuman Abbasov haqqında sosial şəbəkələrdə görüntülər paylaşılır. 

Day.Az baku.ws-ə istinadən xəbər verir ki, tanınmış idmançının yaxınları və dostları Arzumanla olan fotolarını paylaşır. 

MMA döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olmuş Arzuman Abbasov ölümü ilə yaxınlarını yasa boğub. 

Qeyd edək ki, Arzuman Abbasov Ramana qəsəbəsində yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.