Azərbaycan yığması Ermənistanla qarşılaşacaq

İspaniyanın Sitjes şəhərində qadınlar arasında keçirilən şahmat üzrə dünya çempionatı start götürəcək.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan yığması bu gün iki görüş keçirəcək.

Komandamız əvvəlcə Hindistan, daha sonra isə Ermənistanla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması Rusiya, Hindistan, İspaniya və Fransa ilə eyni qrupda yer alır. Ən yaxşı 4 komanda 1/4 finala yüksələcək.

Komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova mübarizə aparır.