20 ildir ekranlardan uzaq olan Kiçik Onurun yeni görüntüsü gündəm oldu

90-cı illərin unudulmaz adlarından olan Küçük Onurun yeni fotoları yayılıb.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, 41 yaşlı Onurun yeni görüntüləri maraqla qarşılanıb. Qeyd edək ki, Kiçik Onur 8-9 yaşlarında Mahsun Kırmızıgüllə mahnı oxuyandan sonra məşhurlaşıb.

1990-2000-ci illər arasında gündəmdə olan olan və güclü səsi ilə diqqət çəkən Onur, Mahsun Kırmızıgüldən başqa Seda Sayan kimi usta adlarla birlikdə ifalar edib.

Kiçik Onur 2000-ci ildə "Dəniz Şou" adlı proqramla tamaşaçıların qarşısına çıxıb. Küçük Onur indi televiziya dünyasından uzaq həyat yaşayır.