Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi etimad nümunəsidir

Şanxay Əməkdaşlıq Təşkilatı çox böyük nüfuza malik olan beynəlxalq təşkilatdır. Təsadüfü deyildir ki, artıq iki ildir ki, Şanxay Əməkdaşlıq təşkilatının Zirvə Toplantısına Azərbaycan Prezidenti İlham Əliyev dəvət olunur.

Day.Az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O qeyd edib ki, bu bir daha Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə hörmət və etimadın nümunəsidir.

"Zirvə Toplantısında iştirak etmək Azərbaycan üçün mühim bir platformadır. Qarşılıqlı və çoxşaxəli əməkdaşlıq müzakirə edilir. Azərbaycan ikinci dəfədir ki, bu təşkilata qonaq qismində dəvət olunur. Üzv ölkələr Azərbaycanı bu təşkilata cəlb etmək istəyirlər. Düşünürəm ki, yaxın dövrlərdə bu təşkilata üzvlük məsələsi də gündəm də ola bilər.

Azərbaycanın dünya əhəmiyyətli layihələri var. Azərbaycan dünyaya töhfə verəcək layihələrə həm müəlliflik edir, həm də bir başa reallaşdırır", - deyə S.Kərimli bildirib.