Sabirabadda yük maşını piyadanı vurub

Sabirabadda 44 yaşlı kişini avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. "QAZ 53" markalı yük avtomobili yolu keçən Sabirabad rayonunun Qaragüney kənd sakini, 1980-ci il təvəllüdlü Tağıyev Emin Məhərrəm oğlunu vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.