https://news.day.az/azerinews/1724506.html
Əsgəranda turizm kəndi salınacaq
Əsgəran Turizm kəndi və Qala parkı salınacaq. Day.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş plan-konsepsiya layihəsinin və Əsgəran Qala Parkının ilkin layihəsinin hazırlanması işləri start götürüb.
Əsgəranda turizm kəndi salınacaq

Əsgəran Turizm kəndi və Qala parkı salınacaq.
Day.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş plan-konsepsiya layihəsinin və Əsgəran Qala Parkının ilkin layihəsinin hazırlanması işləri start götürüb.
Belə ki, artıq Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfat hesablı "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını "Artcloud Network Inernational" şirkətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 942,8 min manat ödənilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре